12 iyul 2024 16:30
403

Seçicilər qeydiyyatdançıxma vəsiqələri ilə təmin olunacaqlar

Seçicilər qeydiyyatdançıxma vəsiqələri ilə təmin olunacaqlar.

“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 12-də keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, seçki günü yaşadığı ərazidə olmayan seçicilər bu vəsiqələr üçün müraciət edə bilərlər.

“Bu seçkilərdə seçicilərə 150 min qeydiyyatdançıxma vəsiqəsi verilə bilər. Prezident seçkilərində bu say daha çox olurdu. Amma parlament seçkilərini onunla müqayisə etməməliyik”, - MSK sədri bildirib.