12 iyul 2024 17:10
337

Ötən 6 ay ərzində İİV-ə yoluxa sayı...

Azərbaycanda narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.

“İki sahil” xəbər verir ki, bu barədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-iyun aylarının yekununa dair məlumatda bildirilib.

Qeyd edilib ki, ötən 6 ay ərzində İİV-ə 736 nəfər yoluxmuşdur.

Onlardan 723 nəfəri Azərbaycan vətəndaşı, 13 nəfəri isə əcnəbi olmuşdur.

Azərbaycan vətəndaşları arasında 33 nəfəri (5,4%-i) inyekson narkotik istifadəçiləri olmuşdur.