12 iyul 2024 17:49
479

Sumqayıtda avtobus TIR-la toqquşub

Sumqayıt şəhərində marşrut avtobusu TIR-la toqquşub, 11 nəfər xəsarət alıb.

“İki sahil” xəbər verir ki, Bakı-Quba yolunda ağır-yol nəqliyyat hadisəsi baş verib.

Hadisə yolun Sumqayıt şəhərindən keçən hissəsində qeydə alınıb. 3 nömrəli marşrut avtobusu TIR maşını toqquşub. Nəticədə 11 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.