12 iyul 2024 19:18
389

Göyçayda traktor velosipedçini vuraraq öldürüb

Göyçay rayonunda traktor velosipedçini vurub.

“İki sahil” xəbər verir ki,  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Ucar-Göyçay avtomobil yolunun Göyçay rayonunun Xəlitli kəndi ərazisindən keçən hissəsində iyulun 12-si saat 17 radələrində Mürşüd İsmayılov idarə etdiyi traktorla velosipedçi - 1963-cü il təvəllüdlü Soltanov Azad Məhəmmədəli oğlunu vurub.

A.Soltanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırma aparılır.