12 iyul 2024 22:50
405

Oğuza babasıgilə qonaq gedən 2 yaşlı uşaq kanala düşərək ölüb

Mingəçevirdən Oğuza qonaq gedən iki yaşlı uşaq kanala düşərək ölüb.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Qumlaq kəndində baş verib.

Belə ki, Mingəçevir şəhərindən babasıgilə qonaq gedən 2022-ci il təvəllüdlü A. Ə. həyətyanı ərazidən keçən kiçik həcmli kanala düşərək ölüb.

Faktla bağlı araşdırma aparılır.