Ağsu-Kürdəmir yolunun Kürdəmir rayonunun Qaraqocalı kəndindən keçən hissəsində 72 yaşlı kişini maşın vurub.
“İki sahil” xəbər verir ki, sürücü Şəmkir rayon sakini Əhmədov Şükran Rəvan oğlunun idarə etdiyi “Chevrolet” markalı avtomobil həmin yolda hərəkətdə olarkən yolu keçmək istəyən Kürdəmir rayon Çıxımlı kənd sakini, 1952-ci il təvəllüdlü İbrahimov Əhmədağa Əlövsət oğlunu vurub.
Yaralı dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.
Hazırda faktla bağlı araşdırma aparılır.