14 iyul 2024 09:05
306

Abşeron rayonunda yol qəzası olub, xəsarət alan var

Abşeron rayonunda motosikletçinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, 1982-ci il təvəllüdlü Əliyev Fərid Rəhim oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Hadisə zamanı xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.