14 iyul 2024 09:33
311

Sabunçuda evdə yanğın olub

Sabunçu rayonunda evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən "İki sahil"ə verilən xəbərə görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağında ev əşyaları qismən və digər otağın döşəməsi 4 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.