15 iyul 2024 10:15
240

Suraxanıda qadın evdə yanaraq ölüb

Suraxanıda qadın mənzildə baş verən yanğın zamanı yanaraq ölüb.

“İki sahil” xəbər verir ki, hadisə Hövsan qəsəbəsi, Quşçuluq Sovxozunda qeydə alınıb.

Fərdi evdə yaşayan 1954-cü il təvəllüdlü Xanbabayeva Emilya Usbat qızı yaşadığı evdə qısaqapanma nəticəsində baş verən yanğın zamanı hadisə yerində yanaraq ölüb.

Fakt araşdırılır.