15 iyul 2024 10:45
278

Azərbaycanda bu ilin beş ayı ərzində doğulan uşaqların sayı açıqlanıb

Azərbaycanda bu ilin beş ayı ərzində 41608 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən "İki sahil"ə bildirilib ki, cari ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 41608 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 9,8-ə düşüb.

Məlumata görə, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub. Körpələrdən 1390-ı əkiz, 51-i üçəm, 4-ü isə dördəm doğulub.