15 iyul 2024 14:23
255

Bu ilin ilk yarısında Prezident təqaüdləri üzrə 343 milyon manat ödənilib

Bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 481 min nəfərə sosial müavinət, 397 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Bu barədə "İki sahil"ə nazirlikdən məlumat verilib. Bildirilib ki, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 536 mln. manat, Prezident təqaüdləri üzrə 343 mln. manat ödənilib.

Cari ilin 6 ayında 74 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 644 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.