15 iyul 2024 16:19
360

MSK-da daha üç partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində daha üç partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 15-də keçirilən iclasında qəbul edilib.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Müasir Müsavat (MMP), Demokratik Maarifçilik (ADMP) və Müsavat Partiyalarının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Bununla bağlı qərar səsverməyə çıxarılaraq qəbul olunub.