Bakıda iaşə obyektində köməksiz vəziyyətdə olan 15 günlük körpə xəstəxanaya yerləşdirilib, araşdırma aparılır.
“İki sahil” xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, bu gün Nəsimi rayonu Y.V.Çəmənzəminli küçəsi 5 ünvanında yerləşən ictimai iaşə obyektində 24 yaşlı Şərifova Səbinə Fazil qızı və 27.06.2024-cü ildə anadan olan körpəsinin baxımsız vəziyyətdə qalması barədə polisə məlumat daxil olub.
Ərazi üzrə xidmət aparan polis əməkdaşları deyilən ünvana cəlb ediliblər. Ana və körpəsi polis və digər dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə xəstəxanaya yerləşdirilib. Hazırda Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
***
İaşə obyektində köməksiz vəziyyətdə olan 15 günlük körpə xilas edilib.
Bununla bağlı Ailə Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, dövlət komitəsinə daxil olan telefon zəngi operativ olaraq aidiyyatı qurumlarla birlikdə araşdırılıb.
Nəticədə Nəsimi rayonu ərazisində iaşə obyektində köməksiz vəziyyətdə olan 15 günlük körpənin həyatı xilas olunub.
Araşdırmalar davam etdirilir.
Sabah Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - OXUYUN XƏBƏRİNİZ OLSUN!
"Yoldaşım məsələni böyütmədən uşağı bağçadan çıxarmağı təklif etdi" - Bağçadakı qalmaqalın detalları