16 iyul 2024 10:30
272

Naxçıvanda orta aylıq əməkhaqqı 18 % artıb

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında orta aylıq nominal əməkhaqqı 766,7 manat olub.

“İki sahil” xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Statistika Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 18 % çoxdur.