Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batmış 17 yaşlı gəncin cəsədi tapılıb.
FHN-dən "İki sahil"ə verilən xəbərə görə, iyulun 14-də Bilgəh qəsəbəsində nəzarətsiz ərazidə dənizdə batmış 2007-ci il təvəllüdlü Nəsirov Məhəmməd Dadaş oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Sabah Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - OXUYUN XƏBƏRİNİZ OLSUN!
"Yoldaşım məsələni böyütmədən uşağı bağçadan çıxarmağı təklif etdi" - Bağçadakı qalmaqalın detalları