VI çağırış Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonunun Qaradağlı kəndində su açılışında iştirak edib.
“İki sahil” xəbər verir ki, açılışda Goranboy rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP Goranboy rayon təşkilatının sədri, şəhid ailələrinin üzvləri, qazilər və kənd sakinləri iştirak edib.
Millət vəkili Anar Məmmədov çıxış edərək, son illər respublikanın iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Qeyd edək ki, Qaradağlı kəndində su çəkilişi ilə bağlı artıq üçüncü layihə tamamlanmış oldu. Kənd sakinlərinin müraciətinə cavab olaraq 100 ailəyə fərdi qaydada su çəkilib. Bununla da Qaradağlıda 500 ailəyə su çəkilib.
Keçirilən mərasimdə çıxış edən şəhid ailələri onların sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Sabah Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - OXUYUN XƏBƏRİNİZ OLSUN!
"Yoldaşım məsələni böyütmədən uşağı bağçadan çıxarmağı təklif etdi" - Bağçadakı qalmaqalın detalları