Paytaxtın Yasamal, Suraxanı, Xəzər və Binəqədi rayonları ərazisində aparılacaq təmir-bərpa, həmçinin quraşdırma işləri ilə əlaqədar 17.07.2024-cü il saat 10:00-dan etibarən işlər başa çatanadək qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun (Ə.Ələkbərov, A.Sultanova, M.Rahim, K.Kazımzadə, S.Dağlı, İ.Qurtqaşınlı, Ə.Xanbabayev, H.Soltanov, L.İmanov, B.Vahabzadə küçələrində və Hüseyn Cavid prospekti), Suraxanı rayonunun (A.Rzayev, Ş.Məhərrəmov, X.Ələkbərov küçələrində və Mədən əraziləri), Xəzər rayonunun (Stansiya Qala yaşayış massivi, Daxili Qoşunların ətraf hissəsi) və Binəqədi rayonunun (DSK yolu, Binəqədi qəsəbəsi 1-ci Mədən, ATV və 5056/68 məhəllə, Biləcəri qəsəbəsinin Məlik Aslanov küçəsi) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Sabah Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - OXUYUN XƏBƏRİNİZ OLSUN!
"Yoldaşım məsələni böyütmədən uşağı bağçadan çıxarmağı təklif etdi" - Bağçadakı qalmaqalın detalları