17 iyul 2024 09:17
323

Nizami rayonunda mebel istehsalı sexində yanğın olub

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 600 m² olan mebel istehsalı sexinin içərisində taxta yonqarı, mebel və boya tullantıları 40 m² sahədə yanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.