Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.
Məlumata görə, Kamal Cəlilovun idarə etdiyi "Hyundai HD 120" markalı yük avtomobili Fərrux Fəttayevin idarə etdiyi mopedlə toqquşub.
Hadisə nəticəsində ağır xəsarət alan F.Fətullayev xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
"Report"
Sabah Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - OXUYUN XƏBƏRİNİZ OLSUN!
"Yoldaşım məsələni böyütmədən uşağı bağçadan çıxarmağı təklif etdi" - Bağçadakı qalmaqalın detalları