Azərbaycan bizim ölkələrin koloniya vəziyyətini anlayaraq, cəsarətli addım atır.
“İki sahil” xəbər verir ki, bu barədə Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin Baş katibi Jan-Jakob Bisep Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan şəxslərin iştirakı ilə Bakıda birinci Qurultayında çıxışı zamanı deyib.
“Bu konfrans göstərir ki, bizim əməkdaşlığımıza dəyər verilir. Azərbaycan bizə fürsət verir ki, problemimizi bu platformada dilə gətirək. Bu konqres tarixi xarakter daşıyır. Konqres bizim beynəlxalq səviyyədə gücümüzü artırır. Bizim məqsədimiz Fransadan bunun hesabını soruşmaq və dünyanın diqqətini buna yönəltməkdir. Həmrəyliyimizi möhkəmləndirmək üçün daha qüvvətli çalışacağıq. Fransa koloniyalara qarşı cinayət törədən bir ölkədir. Dünyanın diqqətini buna çəkməliyik ki, Fransa etdiklərinin hesabını versin.
Biz ədalət və azadlıq uğrunda mübarizə aparırıq”,-deyə o bildirib.