Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən və Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa dəstək layihəsi” çərçivəsində Astara və Masallı rayonlarında ictimai dinləmələr təşkil olunacaq.
Nazirlikdən "İki sahil"ə verilən məlumata görə, tədbirlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat veriləcək və onları maraqlandıran suallar cavablandırılacaq.
İctimai dinləmələr iyulun 17-si saat 12:00-da Astara şəhər Ziya Bünyadov adına 2 nömrəli tam orta məktəbin binasında (Astara şəhəri, C.Cabbarlı küçəsi 4) və həmin gün saat 15:00-da Masallı Gənclər Evinin inzibati binasında (Masallı şəhəri, H.Əliyev prospekti 87A) keçiriləcək.
Sabah Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - OXUYUN XƏBƏRİNİZ OLSUN!
"Yoldaşım məsələni böyütmədən uşağı bağçadan çıxarmağı təklif etdi" - Bağçadakı qalmaqalın detalları