Şamaxıda toyda qeydə alınan kütləvi zəhərlənmə hadisəsinin səbəblərinin araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb.
Qida Təhlükəsizliyi Agentliyindən "İki sahil"ə verilən məlumata görə, hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün vətəndaşa məxsus həyətyanı sahədə keçirilən toy mərasimində istehlak edilən müxtəlif qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
İlkin ehtimallara əsasən, hadisə ev şəraitində hazırlanmış məhsulların istehlakı nəticəsində baş verib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Sabah Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - OXUYUN XƏBƏRİNİZ OLSUN!
"Yoldaşım məsələni böyütmədən uşağı bağçadan çıxarmağı təklif etdi" - Bağçadakı qalmaqalın detalları