17 iyul 2024 13:17
596

Trampın şəkli olan idman ayaqqabıları 299 dollara satılır - FOTO

ABŞ prezidentliyinə namizəd Donald Trampa məxsus "CIC Ventures LLC" sui-qəsddən dərhal sonra onun yanağı qanlı təsviri olan idman ayaqqabılarını satmağa başlayıb.

“İki sahil” xəbər verir ki, idman ayaqqabılarında həmçinin ABŞ bayrağı və Fight Fight Fight (“Mübarizə, mübarizə, mübarizə”) sözləri var.

Bir cüt ayaqqabını Trump Sneakers saytında 299 dollara sifariş edə bilərsiniz.

Açıqlamada bildirilir ki, alıcılar sentyabr-oktyabr aylarında “məhdud kolleksiyadan” cəmi 5 min cüt idman ayaqqabısı ala biləcəklər.

Associated Press-in məlumatına görə, 10 cüt idman ayaqqabısı isə Trampın şəxsən özü tərəfindən imzalanacaq.