Bəzi İslam ölkələrində hələ də qadınların hüquqlarının pozulması halları baş verir.
“İki sahil” xəbər verir ki, bunu VI çağırış Milli Məclisin deputatı Hicran Hüseynova Şuşa şəhərində keçirilən “İslam dünyasında qadınlar: ənənələr və çağırışlar” mövzusunda konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatı, o cümlədən müxtəlif ölkələrin müvafiq qurumları və İslam dünyasının problemlərini araşdıran təsisatlar bu istiqamətdə önəmli tədbirlər həyata keçirirlər:
"Düşünürəm ki, xüsusilə qadın və uşaq hüquqları ilə bağlı ciddi maarifləndirməyə ehtiyac var. İnanıram ki, görülən tədbirlərin nəticəsində müsəlman qadınları dünyada terrorçu kimi deyil, vəkil, siyasətçi, həkim, müəllim, savadlı insan, ailənin özülü kimi tanınacaq".
Vüqar Rəhimzadə: Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB/FOTO
Prezident İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib