Beynəlxalq Azadlıq Cəbhəsi müstəmləkəçiliklə mübarizədə yeni platforma olacaq. Gələcəkdə müstəqillik hərəkatları buraya qoşula biləcəklər.
“İki sahil” xəbər verir ki, bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan şəxslərin iştirakı ilə Bakıda birinci Qurultay çərçivəsində keçirilən mətbuat konfransı zamanı deyib.
O bildirib ki, cəbhənin genişlənməsi üçün digər müstəqillik hərəkatlarının onun ali orqanına müraciət etmələri kifayətdir.
“Altmış ildir ki, bu koloniyalar Fransaya qarşı ayrı-ayrılıqda xaotik mübarizə aparsalar da, bu cəbhəni yaratmağa nail ola bilməmişdilər. Bu gün isə onlar Bakıda belə bir vahid cəbhə yaratmağa nail oldular", - deyə A.Abbasov diqqətə çatdırıb.
Vüqar Rəhimzadə: Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB/FOTO
Prezident İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib