19 iyul 2024 08:13
436

Bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Pirşağı qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“İki sahil” xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Sabunçu rayonunun Pirşağı qəsəbəsində qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədilə iyulun 19-u saat 10:00-dan etibarən işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonunun Pirşağı qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.