19 iyul 2024 09:31
337

Piyadanı maşın vurub

Şəmkirdə ölümlə nəticələnən yol qəzası olub.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Sabirkənd ərazisində qeydə alınıb.

Seyhun Hüseynov idarə etdiyi "VAZ 21 061" markalı avtomobillə yolu keçən İlham Hüseynovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.