19 iyul 2024 09:53
332

Masazırda tikintisi başa çatmayan ev yanıb

Abşeron rayonunun Masazır qəsəbəsində ümumi sahəsi 240 m² olan birmərtəbəli, 4 otaqlı, mansarda tipli, tikintisi başa çatmayan evdə mansardanın yanar konstruksiyaları yanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.