Azərbaycan mətbuatı keçdiyi yolda çox mürəkkəbliklərlə qarşılaşıb, ancaq Həsən Bəy Zərdabi yolundan dönməyib.
Müharibə dövründə də Azərbaycan mətbuatı üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirdi.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov Milli Mətbuat gününün 149-cu ildönümü münasibətilə keçirilən tədbirdə deyib:
“Mətbuatımızın yubileyinin növbəti ili də şərəfli şəkildə qeyd olunacaq. Jurnalistlərin birinci qurultayında Mətbuat Şurası yaradıldı və o illərdən sonra prezidentimizin sərəncamları ilə mətbuat daha da inkişaf etdirildi. Jurnalistlər üçün evlər tikilib istifadəyə verildi. Bunlar mətbuatımıza olan diqqətin göstəricisidir”, - o qeyd edib.
Sabah Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - OXUYUN XƏBƏRİNİZ OLSUN!
"Yoldaşım məsələni böyütmədən uşağı bağçadan çıxarmağı təklif etdi" - Bağçadakı qalmaqalın detalları