Dezinformasiyalarla bağlı təkcə Azərbaycanda deyil, qlobal miqyasda kifayət qədər çağırışlar mövcuddur.
“İki sahil” xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Vüqar Zifəroğlu Milli Mətbuatın 149-cu ildönümü münasibətilə keçirilən tədbirdə deyib.
O qeyd edib ki, Azərbaycanda medianın inkişafı ilə bağlı davamlı işlər görülür.
V.Zifəroğlu texnoloji yeniliklərin media sahəsində tətbiqinin vacibliyi haqqında da fikirlərini bölüşüb:
"Maliyyə dayanıqlılığı mühüm məsələlərdəndir. Sosial media və jurnalistika arasındakı əlaqə də diqqətdə saxlanılmalıdır. Sosial media bir sıra hallarda rəqabətdə ənənəvi medianı udur. Yanlış məlumatlarla bağlı qlobal məkanlarda da ciddi çağırışlar səslənir".
Sabah Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - OXUYUN XƏBƏRİNİZ OLSUN!
"Yoldaşım məsələni böyütmədən uşağı bağçadan çıxarmağı təklif etdi" - Bağçadakı qalmaqalın detalları