2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində beş partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.
“İki sahil” xəbər verir ki, bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 19-da keçirilən iclasında qəbul edilib.
MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Gələcək Azərbaycan, Müsavat, Azad Vətən, Vəhdət və Ədalət partiyalarının səlahiyyətli nümayəndələrinin qeydə alınması müzakirəyə çıxarılıb.
Bununla bağlı qərar səsverməyə qoyularaq qəbul olunub.
Beləliklə, MSK-da ümumilikdə 24 siyasi partiyadan səlahiyyətli nümayəndələr qeydə alınıb.
Vüqar Rəhimzadə: Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB/FOTO
Prezident İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib