20 iyul 2024 10:15
441

DİN: Qanunsuz saxlanılan 4 ədəd tüfəng təhvil verilib

İyulun 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 ədəd tüfəng təhvil götürüblər.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətini məlumat yayıb.

Bildirilib ki, keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 ədəd tüfəng aşkar edilərək götürülüb.

DİN-in məlumatına görə, polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.