II Şuşa Qlobal Media Forumunun xarici qonaqları Füzulidəki dağıntılarla tanış olub.
“İki sahil” xəbər verir ki, xarici qonaqlara Füzuli rayonunda erməni vandallarının törətdiyi dağıntılar barədə məlumat verilib.
Qonaqlar erməni vandallarının işğal dövründə törətdiyi dağıntıların canlı şahidi olublar.
Qeyd edək ki, “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçiriləcək forumda 50-ə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumu qatılır.
Vüqar Rəhimzadə: Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB/FOTO
Prezident İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib