20 iyul 2024 18:00
360

Belarus XİN ölümə məhkum edilmiş bir almanla bağlı məlumat yayıb

Belarus ölkədə ölüm cəzasına məhkum edilmiş Almaniya vətəndaşı Riko Kriger ilə əlaqədar vəziyyətin inkişafı variantları ilə bağlı konkret həll yolları təklif edib.

“İki sahil” xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz məlumat verib.

“Almaniya Xarici İşlər Nazirliyinin müraciətini nəzərə alaraq, Belarus tərəfi vəziyyətin inkişafı üçün mövcud variantlara dair konkret qərarlar təklif edib, bu mövzuda iki ölkənin xarici işlər nazirlikləri vasitəsilə məsləhətləşmələr aparılır”, - o deyib.

Qlaz qeyd edib ki, Riko Kriger Almaniya vətəndaşıdır və buna görə də Minsk Almaniya tərəfinin onun üçün narahatlığını anlayır: “Beynəlxalq normalara və ikitərəfli razılaşmalara tam uyğun olaraq Belarus tərəfi bu şəxsə konsulluq girişini təmin edib”.

Qərb mediası yazıb ki, Belarus məhkəməsi iyunun sonunda terrorizmdə və muzdluluqda təqsirli bilinən Almaniya vətəndaşı Riko Krigeri ölüm cəzasına məhkum edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”