Xaçmazda avtomobil motosikletlə toqquşub, ölən var.
“İki sahil” xəbər verir ki, hadisə rayonun Susayqışlaq kəndində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik avtomobilinin motosikletə çırpılması nəticəsində sonuncunun sürücüsü rayon sakini 1991-ci il təvəllüdlü Əliyev Rəhman Ramazan oğlu aldığı xəsarətlərdən yerindəcə ölüb.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Sabah Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - OXUYUN XƏBƏRİNİZ OLSUN!
"Yoldaşım məsələni böyütmədən uşağı bağçadan çıxarmağı təklif etdi" - Bağçadakı qalmaqalın detalları