Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şahbuz rayonu Badamlı qəsəbəsində həyətyanı sahədə yanğının baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, məlumata əlaqədar dərhal Şahbuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahələrə yayılmasının qarşısı alınıb.
Sabah Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - OXUYUN XƏBƏRİNİZ OLSUN!
"Yoldaşım məsələni böyütmədən uşağı bağçadan çıxarmağı təklif etdi" - Bağçadakı qalmaqalın detalları