22 iyul 2024 09:30
301

Dəmir maneəyə çırpılan “Hyundai” yanıb

Bakı şəhərinin Xətai rayonunda “Hyundai” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı dəmir maneəyə çırpılıb.

“İki sahil” xəbər verir ki, nəticədə avtomobilin mühərrik hissəsi qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.