Bugünkü qonağımız görkəmli rus sosioloqu, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin “Kommunikasiya sistemlərinin sosiologiyası” kafedrasının müdiri, professor Məmmədov Ağamalı Qulam ogludur. Bildiyimiz kimi həmyerlimiz çoxlu sayda kitabın (54) müəllifi, ən çox istinad edilən (Hirş indeksi 43!!) rus alimlərindən biridir. O, demək olar ki, hər il bizi növbəti elmi bestselleri ilə sevindirir. Budəfəki söhbətimiz alimin Prometey haqqında yazdığı –“Prometeyin taleyi: Esxildən Şelliyə qədər” adlı çox maraqlı kitabı haqqında olacaqdır.
- Ağamalı müəllim, Siz ümumi postsovet məkanında humanitar elmlərin vəziyyətini necə qiymətləndirərdiniz? Mağazalardakı kitabların bolluğundan insanın gözləri qamaşır. Bu, bir növ İntibahdır, yoxsa devalvasiya?
- Həqiqətən də sosial elmlər üzrə kifayət qədər kitablar nəşr olunur. Təəssüf ki, onların tirajı yalnız dostlara və həmkarlara hədiyyə etmək üçün çatır. Bu səbəbdən kütləvi oxucu marağına ümid etmək çətindir. Xətti çoxalan opusların xidməti xarakteri yalnız bir “tərif qədəhinə” və ya Hirş indeksində müəyyən reytinqə iddialı olur və adətən bundan artıq heç nəyə ümid etmək olmur. Bununla belə həqiqi elmin ilham pərisinə xidmət təkəbbürə və xüsusilə də onun kütləvilik iddiasına (lovğalıq) dözümlü olmur. Bunu diqqətini dəyərli bir məsələnin tədqiqinə yönəltmiş və araşdırdıqları mövzuya bağlanmış alimlər dərk etsələr yaxşı olar. Bu məsələyə kitaba olan marağın sönməsini də əlavə edin. Proses mənim fikrimcə öz nəticələrinə görə faciəvi olmasa da, acınacaqlıdır.
- Lakin elmin sonu bir çox alimlər, xüsusilə Hawking və digərləri tərəfindən dəfələrlə proqnozlaşdırılmışdır. Bununla belə elm yaşayır. Siz özünüz də axı hər il bir, bəzən isə iki kitab yazıb, nəşr etdirirsiz.
- Yaradıcılığımı izlədiyiniz üçün sizə təşəkkür edirəm. Elm, əlbəttə ki, yaşayır. Hər şeyə rəğmən yaşayır. Başa düşmək lazımdır ki, hazırda elm Fordizmdən, mahiyyət etibarilə alimlərin konveyer üsulu ilə istehsalından uzaqlaşıb. Rəqəmsal reallıq dövrü fərqli, qeyri-xətti məhsul tələb edir. Zamanın tələbi unikal məhsuladır. Əslində dövr yeni şedevrlərə iddialıdır. Bu səbəbdən elm "humanist, hədsiz humanist"(Nitşeyə görə) olmalıdır, əks halda süni intellekt başqa bir şey ortaya qoyacaq. Yalnız yaradıcılıq tələbatı müəyyənləşdirəcək. Elmin taleyindən şikayətlənib, onun keçmiş zamanlardakı şöhrətinin arxasınca olan nisgillikdə mən süni intellektlə rəqabət qorxusunu görürəm. Artıq bu yaxın gələcəyin məsələsidir.
- Gələcəyin “buz nəfəsini” öz üzərində hiss edən yalnız elmdirmi?
- Yəqin ki, bu total yürüşdən kənarda qalan sahə yoxdur. Hətta din və intim sahə də yeni reallığın təsirini hiss edir. Bu səbəbdən də Prometey haqqındakı kitabda biz Titanların, Qəhrəmanların taleyi üzərində xüsusi olaraq dayanmışıq.Təsadüfi deyil ki, kitab “Esxilldən( qəhrəmanları tərənnüm edən) Şelliyə (qəhrəmanları lağa qoyan) qədər” adlanır. Əvvəlcə Avropa qəhrəmanları getdikcə daha çox Frankenşteynlərə bənzəməyə başladı, daha sonra onların desakralizasiyası prosesi başlandı.
- Bəlkə dövr bunu tələb edirdi.
- Təbii ki, buna fordizm də özünün standartlaşması, kütləvi insanın meydana çıxması ilə təsir göstərdi. Bunların hər ikisi Ali olanı görmür və sevmir. "Qəzəbli kütlə üçün öldürülmüş qladiator nədir ki?"
- Paxıllıq?
- İnsan dərk etməyi sevmir, ancaq araşdırmağı sevir! O orta olanı, özünə oxşarı axtarır. Xüsusilə kütlə adamı. O, öz qəhrəmanlarında standartdan onu azacıq fərqləndirən analoji xüsusiyyətləri görmək istəyir. Bu səbəbdəndir ki, O.Şpenqler Qərbin qürübunu elan etmişdi. Bir sıra qəhrəmanların meydana çıxması mexanizmi müəyyənləşmişdi (“dolanırıq qardaşlar, dolanırıq”), lakin zəmanə dəyişir, indi bəzən “kənardan başqa mahnılar oxunur”. Doğrudanmı hamısı budur? Yaradıcılığın məqsədi budurmu? Bu səbəbdəndir ki, qəhrəmanların desakralizasiyası baş verir, vurğu kütləviliyə qoyulur. Baxmayaraq ki, Avropa özü və yalnız özü deyil, zəfər çalan bozluğun acı bəhrəsini hələ 30-40-cı illərdə dadmışdı. Tarix həqiqətən heç nə öyrətmir, eyni cərəyanlar, trendlər, məsələn, Makronu və de Qollu, Scholzu və Helmut Kollu müqayisə edin. Lakin Şərqdə (biz həm də Şərqdəyik) lider sadəcə seçilmir, o, cəmiyyət tərəfindən də qəbul edilməlidir. Və bu, çox vaxt seçkilərdən daha mürəkkəbdir. Nüfuz – mürəkkəb və çox təbəqəli bir şeydir və qətiyyən sabit deyil, dərhal əldə edilmir. Bu səbəbdən adımızı itirməmək, namusumuzu ləkələməmək bizim üçün hər hansı hüquqi prosedurdan daha önəmlidir.
- Ancaq beynəlxalq strukturlar Şərq sivilizasiyasına mənsub ölkələri tənqid edərkən seçki meyarlarını ön plana çəkirlər.
- Gəlin ondan başlayaq ki, Qədim Yunanıstanda seçkilər aristokratiyaya aid bir iş idi, demokratiyanınki, isə ehtimal.... püşk atmaqdı. Deməli ki, siyasətdən “hər şeyi bilən”lərin tarixi öyrənməməsi bizim günahımız deyil. Müasir liderlərin seçilməsi sistemi Benediktian (Vatikanın qədim monastr ordeni) idarəetmə sistemi çərçivəsində formalaşmışdır. Yezuitlərin də bu məsələdə kifayət qədər əli vardır. İnklüziv kapitalizm üzrə çox nüfuzlu bir katolik qrup vardır ki, məhz qlobal idarəetmə layihələri bu qrupun sıralarında yaranır. Burada Titanlara yer yoxdur. Yalnız idarə olunan orta səviyyəli kütlə. Buna Britaniya Birliyinin yaradılması zamanı ilk cəhdlər edilmiş olsa da, kökləri Nyutonun yaradıcılığına gedib çıxır.
- Bəs bütün bunlardan hansı nəticə çıxarmaq olar?
- Özgə nümunələrinə əməl etməyə ehtiyac yoxdur! Bizim özümüzün zəngin tarixi vardır. Deməli, gələcəyə baxış bucağımız da fərqlidir. Müstəqil inkişafımızın hərfi mənada öz seçimi var. Nəinki xalq tərəfindən seçilən (buna görə xalqımızı təbrik edirik!!), həm də xalq tərəfindən qəbul edilən və tanınan əsl liderimiz var. Ziyalılarımız və mədəniyyətimiz, daima özünəməxsusluğunu qoruyub saxlayan son dərəcə zəhmətkeş xalqımız var .
Dörd yol mövcuddur.
Birinci yol- nəyisə ötmək, keçməkdir.
İkinci yol- inkardır, çünki
Burda hər şey yararsız hesab olunur.
Üçüncü yol- ikinci yola bənzəmir,
Burda hər şey yaxşı qəbul olunur.
Dördüncü yol var ki, - həqiqidir,
Boşluq üzərində həqiqi yoldur:
Burda hər şey aləmdə yerləşir.
Bütün yolların dördü mövcuddur.
Nikolay Qlazkov
Söhbəti apardı:
Ariz Əvəz oğlu Gözəlov,
Fəlsəfə doktoru, Rusiya Elmlər Akademiyası Federal Tədqiqatlar Sosioloji Mərkəzinin (IS FNISC RAS) Sosiologiya İnstitutunun sosial-mədəni və media- kommunikasiyaları sektorunun aparıcı elmi işçisi, Rusiya Elmlər Akademiyası Rusiya Fəlsəfə Cəmiyyətinin “Mədəniyyətlərin dialoqu: fəlsəfi və dünyagörüşü problemləri” tədqiqatlar qrupunun rəhbəri (Moskva-Bakı, Rusiya-Azərbaycan)
Sabah Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - OXUYUN XƏBƏRİNİZ OLSUN!
"Yoldaşım məsələni böyütmədən uşağı bağçadan çıxarmağı təklif etdi" - Bağçadakı qalmaqalın detalları