25 iyul 2024 23:25
450

Gənc oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Xəzər rayonu Yeni Qala qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Fərrux Babayevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

“İki sahil” xəbər verir ki,  bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törədən 1987-ci il təvəllüdlü Ehtiram Cavadov saxlanılaraq istintaqa təqdim edilib.

Araşdırmalar davam etdirilir.