26 iyul 2024 09:06
358

Yaşlı qadını motosiklet vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, Qaraçuxur qəsəbəsində 1961-ci il təvəllüdlü Hacıyeva Natəvan Ələmdar qızını motosiklet vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.