26 iyul 2024 10:47
478

Binəqədidə gənc oğlan 2 nəfərə bıçaqla xəsarət yetirdi, tutuldu

Binəqədidə 2 nəfər bıçaqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, iyulun 25-i axşam saatlarında Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində 1999-cu il təvəllüdlü E.Mirzəyev və 1990-cı il təvəllüdlü P.Alışovun bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Qeyd edilir ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən 2002-ci il təvəllüdlü P.İmanov saxlanılaraq istintaqa təqdim edilib.