26 iyul 2024 11:05
366

Bərdədə qonşusunu bıçaqlayan şəxs tutuldu

İyul ayının 25-də saat 21 radələrində Bərdə rayonunda Cəyirli kənd sakini E.Həşimovun kəsici-deşici alətlə xəsarət alması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "İki sahil"ə bildirilib ki, polis əməkdașlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu Zaur Lalayev saxlanılıb.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.