Hazırda dünyada istixana qazı emissiyalarının 40 %-dən çoxu şəhərlərin payına düşür.
“İki sahil” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən "Azərbaycanda Yaşıl Tikinti" mövzusunda dəyirmi masada bildirib.
Onun sözlərinə görə, tikinti sektoru ətraf mühitə birbaşa təsir edən sahələrdən biridir: "Orta hesabla karbon emissiyasının 37 %-dən çoxu bu sahənin payına düşür. Tam həyat dövrünü nəzərə alsaq, binalar dünyanın təbii ehtiyatlarının 50-70 %-ni istehlak edir. Odur ki, qlobal istiləşmənin yaratdığı iqlim böhranı şəraitində dayanıqlı və ətraf mühitin mühafizəsinə istiqamətlənən tikinti təcrübələri getdikcə daha çox əhəmiyyət kəsb edir".
Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb