30 iyul 2024 11:53
828

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi geniş fəaliyyət proqramı hazırlayır

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya sistemin təşkili və fəaliyyəti qaydalarına dair geniş fəaliyyət proqramı hazırlayır.

“İki sahil” xəbər verir ki, bunu Komitənin sədri Anar Quliyev Bakıda keçirilən "Azərbaycanda Yaşıl Tikinti" mövzusunda dəyirmi masada bildirib.

O qeyd edib ki, rəhbərlik etdiyi qurum ərazilərin planlaşdırılması zamanı təbiətəsaslı həllərin tətbiq edilməsi, ictimai məkanların ərazilərinin artırılması kimi müasir yanaşmalar həyata keçirir: "Bakı və digər şəhərlərin baş planlarının hazırlanması zamanı ətraf mühitin qorunması məsələsinə xüsusi diqqət yetirilir. Bu istiqamətdə fəaliyyətə rəqəmsal tikinti sektorunun inkişafı, resurslardan səmərəli istifadə daxildir. Tikintidə enerji səmərəliliyinə, günəş istilik sistemlərinin quraşdırılmasına diqqət ayrılır".