Türkiyə kapitallı “Asilsoy” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
“İki sahil” xəbər verir ki, müəssisədə tava və qazan istehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 10 milyon manat olan müəssisədə 100 nəfər işlə təmin ediləcək.
İstehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da nəzərdə tutulur. Qeyd. Asilsoy Tükiyədə metal mətbəx əşyalarının istehsalı sahəsində aparıcı şirkətlərdən biridir. Şirkət tərəfindən istehsal edilən məhsullar müxtəlif sifarişçi marka (Karaca, Schafer) adları ilə 15-dən çox ölkəyə ixrac edilir.
Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb