Əmanətlərin Sığortalanması Fonduna 29 avqust 2008-ci il tarixdə üzv olan "Naxçıvanbank" ASC "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və banka verilmiş şəhadətnamə ləğv edilib.
“İki sahil” bu barədə Fonda istinadla xəbər verir.
Bildiyiniz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 24 iyul 2024-cü il tarixli qərarı ilə “Naxçıvanbank” ASC-nin müraciəti əsasında “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.1-ci və 29-cu maddələrinə, eləcə də “Bankların yenidən təşkili haqqında Qaydalar”a (Qaydalar) müvafiq olaraq “Naxçıvanbank” ASC-yə bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş bank lisenziyası həmin tarixdən etibarən ləğv edilib.
Əmanətlərin Sığortalanması Fondu "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən iştirakçı bankların 30 iyul 2024-cü il tarixinə olan reyestrini ictimaiyyətin diqqətinə çatdırır:

MDB İqtisadi Şurası 2030-cu ilədək əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib
Aerokosmik sistemlərin təhlükəsizlik səviyyəsinin yüksəldilməsi üçün data əsaslı süni intellekt texnologiyaları böyük perspektivlər açır