01 avqust 2024 01:09
610

“Shell” Şimal dənizi yataqlarında payını satır

“Shell” şirkətinin Böyük Britaniya qolu və Böyük Britaniyanın “Esso Exploration and Production” şirkətləri Şimal dənizinin krallığa məxsus hissəsindəki “Shell” tərəfindən idarə olunan müxtəlif qaz yataqlarının işlənmələrindəki maraqlarını “Viaro Energy” şirkətinə satmağa razılaşıblar.

Tənzimləyici orqanların təsdiqini gözləyərək “Viaro Energy” şirkəti “Barque”, “Brigantine”, “Caravel”, “Carrack East”, “Carrack Main”, “Clipper”, “Corvette”, “Galleon”, “Leman”, “Shamrock” və “Skiff” yataqlarının operatorluğunu əldə edəcək.

Sözügedən yataqların hamısı “Leman” və “Clipper” yataq kompleksləri vasitəsilə Norfolk sahillərində Shell tərəfindən idarə olunan quruda yerləşən “Bakton” qaz emalı terminalına bağlıdır. 2023-cü ildə yataqların ümumi gündəlik hasilatı təqribən 28 min barel təşkil edib ki, bu da Böyük Britaniyanın ümumi qaz hasilatının təxminən 5%-nə bərabərdir.

“Viaro” yaxın ərazilərdə kəşfiyyat imkanları vasitəsilə gələcək artım potensialını görür.

“Bakton” terminalı həm cənub, həm də mərkəzi Şimal dənizindən hasil edilən qaz üçün Böyük Britaniya və Hollandiya arasında qaz axınına imkan verən Milli Şəbəkə tərəfindən idarə olunan Böyük Britaniyanın Milli Transmissiya sisteminə birbaşa marşrut təmin edir.

Son illərdə “Bakton Rejuvenation” layihəsi gələcək istifadə üçün terminalın təkmilləşdirilməsi və ömrünün uzadılması məqsədilə təxminən 300 milyon funt-sterlinq (385 milyon dollar) investisiya əldə etmişdir.

“Bakton” qazı Britaniyanın elektrik enerjisinin təxminən 40%-ni istehsal etmək üçün istifadə olunur və Şərqi İngiltərə və Şimali Londondakı ev və iş yerlərinin əsas qaz təchizatını həyat keçirir.

Nubar Süleymanova, “İki sahil”