İndiyə qədər İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçilyində olan Pirallahı Sənaye Parkından 53 milyon manatlıq məhsul satışı həyata keçirilib.
“İki sahil” bu barədə agentliyə istinadən xəbər verir.
Xatırladaq ki, investisiya kapitalı 121 milyon manatdan çox olan 7 sahibkarlıq subyektinə Parkın rezidenti statusu verilib, bundan 2-si istehsal fəaliyyətinə başlayıb.
Bu günə qədər Pirallahı Sənaye Parkına 41 milyon manat investisiya yatırılıb, 150-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə əlavə olaraq 76 milyon manatdan çox investisiyanın qoyulması, 400-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur.
Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb