2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzinin gəlirləri 2,586 milyon manat, xərcləri isə 2,573 milyon manat təşkil edib.
“İki sahil” bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, ötən il qurumun əsas əməliyyat gəlirləri 923 min manat, dövlət büdcəsindən verilmiş vəsait üzrə gəlirlər 1,63 milyon manat, maliyyə gəlirləri isə 32 min manat olub.
Hesabat dövründə Dövlət Xidmətinin işçi heyəti üzrə xərcləri 2,104 milyon manat, amortizasiya xərcləri 13 min manat, digər əməliyyat xərcləri isə 456 min manat təşkil edib.
Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb