Bir neçə gündür ki, Cəlilabad rayonunda üzüm bağlarından məhsul yığımına başlanılıb.
“İki sahil” xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, hazırda rayonda 1 410 hektar üzüm bağı var.
Bunun da 1 375 hektarı bar verən bağdır.
Fermerlərin sözlərinə görə, bu il qeyri-sabit hava şəraiti üzümçülüyə ciddi ziyan vurmayıb. Hazırda bağlarda məhsul bolluğu müşahidə olunur.
Bir kiloqram üzümün qiyməti növündən asılı olaraq 1-1,5 manat arasında dəyişir. Yığılan məhsul daxili bazarla yanaşı, Rusiyanın müxtəlif bazarlarına ixrac olunur.
Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb